ABŞ İŞİD-in daha bir yüksək rütbəli üzvünü öldürüb
Tarix: 17-04-2023 11:25 | Bölmə: Dünya
ABŞ İŞİD-in daha bir yüksək rütbəli üzvünü öldürüb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, bu gün keçirilən əməliyyatda İŞİD-in yüksək rütbəli rəsmisi öldürülüb.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “Twitter” hesabında bəyanat yayıb.

Bildirilir ki, bu gün vertolyotla hücum zamanı yüksək rütbəli İŞİD lideri öldürülüb.

İŞİD lideri haqqında təfərrüatlar paylaşılmasa da, bəyanatda “İŞİD-in Suriyadakı yüksək səviyyəli lideri və Yaxın Şərq və Avropada terror hücumlarını planlaşdıran məsul şəxs” ifadəsi işlədilib.

Açıqlamada əməliyyatın birtərəfli olduğu, ABŞ əsgərlərinin xəsarət almadığı və heç bir ABŞ helikopterinə ziyan dəymədiyi bildirilir.

Əməliyyatda mülki vətəndaşın ölmədiyi, İŞİD lideri ilə yanaşı daha iki silahlı İŞİD üzvünün də öldürüldüyü açıqlanıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}