18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Deputatlığa namizəd istefa verib: "Masa başında özünü canavar zənn edən çaqqallar rəqs edə bilər"
Tarix: 17-04-2023 11:40 | Bölmə: Dünya
Deputatlığa namizəd istefa verib: "Masa başında özünü canavar zənn edən çaqqallar rəqs edə bilər"

Prezidentliyə namizəd Məhərrəm İncənin lideri olduğu Məmləkət Partiyasının Sivas şəhəri üzrə deputatlığa namizədi Mustafa Saçlı həm partiyadan, həm əd namizədlikdən istefa verib.

Reyting.az
xəbər verir ki, bu barədə sosial şəbəkə hesabından açıqlama yayan deputatlığa namizəd M.İncəyə qarşı sərt ittihamlar irəli sürüb.

O, partiyadan və namizədlikdən istea verməsini partiya daxilində oyannılan çirkin oyunlarla əlaqələndirib. Bildirib ki, bu, oyunlar onun dürüst və əxlaqli siyasət prinsiplərinə ziddir: "Özlərini masa arxasında canavar zənn edən çaqqallar bu partiyadan namizədliyini irəli sürə bilər. Siz rəqs etməyə davam edin".

Saçlı mayn 14-dəki seçkilərdə də M.İncəyə deyil, digər prezidentliyə namizəd Sinan Oğana dəstək verəcəyini bəyan edib.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər