18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
NATO qüvvələri Rusiya ordusuna qarşı əməliyyat keçirib
Tarix: 17-04-2023 20:57 | Bölmə: Dünya
NATO qüvvələri Rusiya ordusuna qarşı əməliyyat keçirib

Böyük Britaniya və Almaniyanın Hərbi Hava Qüvvələri Finlandiya körfəzi və Baltik dənizi üzərində - NATO-nun hava məkanı yaxınlığında Rusiyanın üç təyyarəsini ələ keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə bazar ertəsi Britaniya Kral Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, təyyarələrdən biri Kalininqrad vilayətinə uçan Rusiya Aerokosmik Qüvvələrinin İl-20 kəşfiyyat təyyarəsidir. Onu Kalininqradda yerləşən Rusiyanın iki Su-27 qırıcısı qarşılayıb və Estoniya uçuş məlumatı regionunun şimal-qərb hissəsindən keçib.

Daha sonra Böyük Britaniya və Almaniya hərbçilərinin köməyinə İsveç Hərbi Hava Qüvvələrinə məxsus “Gripen” təyyarələri gəlib.

Rusiya döyüş təyyarələri Baltik dənizi üzərində tez-tez uçsa da, Britaniya Kral Hərbi Hava Qüvvələri bəyan edir ki, son əməliyyat NATO-nun hava məkanının kollektiv müdafiəsinə sadiqlikdir:

"Müttəfiqlərimiz və regiondakı tərəfdaşlarımız əmin olmalıdırlar ki, Böyük Britaniya NATO hava məkanının kollektiv müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə davam edəcək".

Qeyd edək ki, Britaniya və Almaniya təyyarələri martın əvvəlindən NATO-nun Baltikyanı ölkələrdə birgə hava polisi missiyası olan “Azotize” əməliyyatında iştirak edir.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər