Ukrayna kəşfiyyatı əsirin başını kəsən rus əsgərin adını bilir
Tarix: 18-04-2023 01:43 | Bölmə: Dünya
Ukrayna kəşfiyyatı əsirin başını kəsən rus əsgərin adını bilir
Kirill Budanov

Ukraynanın xüsusi xidmət orqanları ukraynalı hərbi əsirin başını kəsən rus əsgərin adını bilirlər.

Reyting.az
xəbər verir ki, bunu “Radio NV”-yə müsahibəsində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. Lakin o, bu rusun harada olduğunu deməkdən imtina edib.

"Biz onun kim olduğunu bilirik", - Budanov bu hərbi cinayəti törədənin məlum olub-olmaması ilə bağlı suala cavabında deyib.

Onu da qeyd edək ki, Rusiya ordusunun əsir götürdüyü ukraynalı hərbçinin başının kəsilmə anını əks etdirən video bir neçə gün əvvəl sosial şəbəkələrdə də yayılmışdı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}