Keçmiş deputat döyüş bölgəsində ölüb
Tarix: 18-04-2023 23:34 | Bölmə: Dünya
Keçmiş deputat döyüş bölgəsində ölüb

Ukraynanın keçmiş deputat Oleq Barna Rusiya ilə döyüşlərin davam etdiyi Xerson yaxınlığında dünyasını dəyişib. Reyting.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

56 yaşlı Oleq Barnanın ölümü ilə bağlı məlumatı öz Teleqram kanalında Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko təsdiqləyib. Bildirib ki, keçmiş deputat ad günündən bir gün əvvəl aprelin 17-də dünyasını dəyişib. Amma onun ölüm səbəbi barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, O. Barna 2015-ci ilin dekabrında məşhurlaşıb. O vaxt baş nazir olmuş Arseni Yatsenyuk Ali Radada il ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Parlamentari isə hökumət başçısına qızılgül dəstəsi verib və belindən tutaraq onu tribunadan uzaqlaşdırmağa çalışıb. Daha sonra o, davranışını baş naziri qucaqlamaq istəyi ilə izah edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}