Qərb ölkələri Ukraynaya nüvə hücumu təhlükəsinə qarşı hazırlaşır
Tarix: 19-04-2023 06:46 | Bölmə: Dünya
Qərb ölkələri Ukraynaya nüvə hücumu təhlükəsinə qarşı hazırlaşır

Qərb dünyası Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna cavab olaraq Rusiyanın istənilən tədbirdən istifadə edəcəyinə qarşı hazırlıqlar görür.

Reyting.az
xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Qəzetin yazdığına görə, Yaponiyada keçirilən G7 Xarici İşlər Nazirləri Sammitində Britaniya rəsmiləri deyiblər ki, Rusiya Ukraynanın ərazisini saxlamaq üçün istənilən ekstremal hərəkətə əl ata bilər və buna hazır olmalıyıq. “Ekstremal hərəkətlər” dedikdə isə taktiki nüvə silahlarından istifadə və kiberhücumlar nəzərdə tutulur.

Onu da qeyd edək ki, bundan əvvəl Xarici Kəşfiyyat Xidmətinin veteranı Lev Korolkov diqqətə çatdırıb ki, Ukrayna silahlı qüvvələri aprelin sonu, mayın əvvəlində - torpaq tamamilə quruyanda və ağır Qərb tankları normal hərəkət etdikdə hücuma başlaya bilər.

O əlavə edib ki, Kiyev rejimi “yarat və ya qır” prinsipi ilə hərəkət etməli olacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}