18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Terrorçunu tapmağa kömək edən şəxs 7 milyon dollar mükafat alacaq
Tarix: 19-04-2023 07:02 | Bölmə: Dünya
Terrorçunu tapmağa kömək edən şəxs 7 milyon dollar mükafat alacaq

ABŞ Dövlət Departamenti Hizbullah terror təşkilatının əsas liderlərindən biri olan İbrahim Aqil haqqında məlumat verən şəxsə 7 milyon dollara qədər mükafat vəd edib.

Reyting.az
xəbər verir ki, İbrahim Aqil 1983-cü ildə 241 ABŞ əsgərinin ölümünə səbəb olan partlayışlarda əsas təqsirkar kimi göstərilir.

Sözügedən mükafatla bağlı məlumat artıq ABŞ Dövlət Departamentinin antiterror və kəşfiyyat platforması olan “Ədalət üçün mükafat” Proqramına yerləşdirilib.

ABŞ Dövlət Departamenti Hizbullahın Livanın paytaxtı Beyrutdakı ABŞ səfirliyini bombalamasının 40-cı ildönümündə İbrahim Aqil haqqında məlumat verənləri mükafatlandıracağını açıqlayıb. “Ədalət üçün mükafatlar” Proqramı çərçivəsində Aqilin harada olması və həbsi ilə bağlı məlumat verənlər 7 milyon dollara qədər mükafat alacaqlar.

Aqil haqqında məlumatı olanlardan “Ədliyyə mükafatı” Platforması ilə əlaqə saxlamaq xahiş olunur. Bütün məlumatların məxfi saxlanılacağı bildirilir.

ABŞ Ədliyyə Departamenti Aqilin 21 iyul 2015-ci ildə Hizbullah adından fəaliyyət göstərdiyi üçün Xüsusi Təyin edilmiş Vətəndaş siyahısına salınması və daha sonra 10 sentyabr 2019-cu ildə Xüsusi Təyin edilmiş Qlobal Terrorçu kimi təyin edildiyi barədə məlumat paylaşıb. Bu təyinatlar nəticəsində departament bildirib ki, Aqilin bütün əmlakı və ABŞ yurisdiksiyasına tabe olan əmlakla bağlı maraqları bloklanıb.

Qeyd edək ki, 1984-cü ildən bəri “Ədalət üçün mükafat” Proqramı ABŞ-ın milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılmasına kömək edən 125-dən çox insana 250 milyon dollardan çox pul ödəyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər