İsraildəki böhran orduya da sirayət edib
Tarix: 19-04-2023 07:32 | Bölmə: Dünya
İsraildəki böhran orduya da sirayət edib

İsrail ordusunun “Qolani briqadası”nın onlarla əsgəri komandirin işdən çıxarılmasına etiraz olaraq silahlarını yerə qoyaraq bazalarını tərk ediblər.

Reyting.az
xəbər verir ki, “Yediot Ahronot” qəzetindəki xəbərdə sözügedən əsgərlərin Ramallahın qərbində, işğal altındakı İordan çayının qərb sahilindəki “Tzeelim” hərbi bazasına yerləşdirilib.

Qəzetin xəbərində o da bildirilib ki, briqada komandiri Yiftah Norkin əsgərlərlə görüşüb komandirləri ilə bağlı qərarı izah etmək və onları düşərgəyə qayıtmağa razı salıb.

İşdən çıxarılan komandirin adı açıqlanmır və bazanı tərk edən hərbçilərin sayı ilə bağlı dəqiq məlumat verilmir.

İsrail ordusunun “Twitter” hesabında bildirilir ki, baş verənlər ordunun dəyərlərinə uyğun gəlməyən ciddi bir hadisədir.

Qeyd olunur ki, hadisə ilə bağlı istintaq və təhqiqat davam etdirilir.

“Qolani briqadası” komandirinin konkret bir hadisəyə görə deyil, vəzifəsini yerinə yetirməsindəki “uyğunsuzluğa” görə vəzifəsindən azad edildiyi bildirilir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}