18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Kürd siyasətçidən iqtisadçıya mesaj: "Niyə belə olduq, əmi oğlu?" - Foto
Tarix: 19-04-2023 12:50 | Bölmə: Dünya
Kürd siyasətçidən iqtisadçıya mesaj: "Niyə belə olduq, əmi oğlu?"

Türkiyədə sosial mediada paylaşımları ilə məşhurlaşan iqtisadçı Özgür Dəmirtaşın HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşla qohum olma xəbərinə tələsik reaksiyası qarşı tərəfin maraqlı replikasına səbəb olub.

Reyting.az
xəbər verir ki, iqtisadçıya hazırda həbsdə olan kürdlərin lideri Səlahəddin Dəmiraş Tvviter üzərindən cavab verib.

O, “Mənim heç bir siyasətçi ilə qohumluğum yoxdur” deyə tələsik açıqlama verən Özgür Dəmirtaşa yumoristik paylaşımla ismarıc göndərib: "Niyə belə olduq, əmi oğlu? Sən azadsan, mən girovam deyəmii?".

Azər

Reyting.az






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər