Rusiya məhkəməsi Zelenskiyə “yaraşıqlı gənc” deyən yaşlı qadını cərimələyib
Tarix: 20-04-2023 13:26 | Bölmə: Dünya
Rusiya məhkəməsi Zelenskiyə “yaraşıqlı gənc” deyən yaşlı qadını cərimələyib
V. Zelenski

Ukrayna qarşı müharibə çərçivəsində Rusiyaya dəstək verməyən rusları öz ölkələrində cəza gözləyir.

Reyting.az
xəbər verir ki, Rusiyada 70 yaşlı qadın Ukrayna prezidenti Vladimir Zelenskini “yaraşıqlı gənc” adlandırdığı üçün məhkəmədə cərimələnib.

Moskvadakı bir insan haqları təşkilatı Olqa Slegina adlı qadının Moskvada 5 dəqiqəlik dinləmə zamanı Zelenskinin yaraşıqlı olduğunu söylədiyi üçün 40 min rubl cərimələndiyini bildirib.

Keçən ilin dekabrında bir sağlamlıq mərkəzində olan yaşlı qadın Zelenskini “dəli” adlandıran başqa bir qadına “Məncə, onun yaxşı yumor hissi var”,- cavabını verib. Əlavə edib ki, Zelenski “yaraşıqlı gəncdir”. Bundan sonra qadın nəzarətə götürülüb.

Sleqina daha sonra “Zelenskini tərifləmək və Rusiya ordusunun reputasiyasına hörmətsizlik etmək”də ittiham olunduğu məhkəmədə təqsirli bilinib. Oxuya bilmədiyi kağıza imza atmalı olduğunu izah edən qadın hadisədən şoka düşdüyünü və nə baş verdiyini anlaya bilmədiyini deyib.

Qeyd edək ki, Ukraynadakı işğaldan sonra Rusiyada qəbul edilən qanunla Rusiya ordusuna hörmətsizlik edənlərin həbs və pul cəzasına məhkum ediləcəyi nəzərdə tutulur.

Rusların əvvəllər müharibə əleyhinə təşkil etdiyi nümayişlərdə minlərlə insan saxlanılıb.

ELÇİN





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}