Yaponiya parlamentində bomba həyəcanı başlayıb
Tarix: 20-04-2023 16:21 | Bölmə: Dünya
Yaponiya parlamentində bomba həyəcanı başlayıb

Yaponiya parlamenti elektron poçt vasitəsilə bombalı hücumla hədələnib. Axtarışlarda heç bir partlayıcı maddə aşkar edilməsə də, parlamentdə və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Reyting.az
xəbər verir ki, Yaponiyada Məsləhətçilər Palatasından (Yuxarı Palata) və Nümayəndələr Palatasından (Aşağı Palata) ibarət qanunverici orqan olan Milli Assambleyanı bombalı hücumla hədələyiblər.

Parlamentin internet saytı vasitəsilə göndərilən elektron məktublarda bombaların bu gün yerli vaxtla saat 13.34-də partlayacağı ilə bağlı deputatların ofislərinə məlumat verildiyi açıqlanıb.

“Dini qurum”un parlamentin hər iki palatasına göndərdiyi mesajlarda ofis binasına bombalarla yanaşı, sarin qazı buraxmaq üçün avadanlıqların da yerləşdirildiyi iddia edilib.

Amma Yaponiya hüquq-mühafizə orqanlarının apardığı axtarışlarda indiyə qədər partlayıcı və təhlükəli maddələrin tapılmadığı bildirilir.

Qeyd edək ki, keçən ilin noyabr ayında Tokio Ali Məhkəməsi və Tokio Rayon Məhkəməsi də bomba hücumu ilə hədələnmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}