18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Çavuşoğlu: “NATO üzvüyük, amma ölkəmizin milli maraqları bizim üçün həmişə prioritetdir”
Tarix: 20-04-2023 17:38 | Bölmə: Dünya
Çavuşoğlu: “NATO üzvüyük, amma ölkəmizin milli maraqları bizim üçün həmişə prioritetdir”

“Biz Krımın qanunsuz ilhaqını tanımırıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyadakı çıxışında deyib.

O bildirib ki, rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində prinsipial mövqe tutur: “Türkiyə balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcək. Doğrudur, biz NATO üzvüyük. Amma ölkəmizin milli maraqları bizim üçün həmişə prioritetdir”.

Nazirin sözlərinə görə, həm Moskva, həm də Kiyev Türkiyəyə etimad göstərir: “Təsadüfi deyil ki, Ukraynadakı münaqişə tərəfləri əsirlərin mübadiləsi, eləcə də Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafındakı vəziyyətlə bağlı Ankaraya üz tutdular”(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər