18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya qırıcısı rus şəhərini bombalayıb
Tarix: 21-04-2023 10:56 | Bölmə: Dünya
Rusiya qırıcısı rus şəhərini bombalayıb

Rusiya-Ukrayna sərhəddinə yaxın Belqorod şəhərinin mərkəzində Rusiyaya məxsus Su-34 qırıcısının döyüş sursatının düşməsi nəticəsində partlayış baş verib.

Reyting.az
-ın xəbərinə görə, şəhərin mərkəzindəki partlayışla bağlı ilk açıqlamanı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov verib.

Partlayış nəticəsində şəhərin mərkəzindəki kəsişmədə 20 metr radiuslu böyük çuxurun yarandığını bildirən Qladkov deyib ki, bəzi binalara və park edilmiş avtomobillərə ziyan dəyib.

Qladkov partlayış nəticəsində 2 nəfərin yaralandığını da bildirib.

Qladkovun bəyanatından dərhal sonra Rusiya Müdafiə Nazirliyi partlayışla bağlı açıqlama yayıb.

“20 aprel 2023-cü il, Moskva vaxtı ilə saat 22:15-də Hava-Kosmik Qüvvələrinə məxsus Su-34 təyyarəsinin Belqorod şəhəri üzərində uçuşu zamanı aviasiya sursatları qeyri-adi şəkildə yerə düşüb”,- Müdafiə Nazirliyi bildirib.

Açıqlamada hadisədə yaşayış evlərinə ziyan dəydiyi, can itkisinin olmadığı, məsələ ilə bağlı birgə araşdırmanın davam etdirildiyi qeyd olunur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər