18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Pentaqon məxfi sənədlərin sızması ilə bağlı bəyanat yayıb
Tarix: 21-04-2023 19:48 | Bölmə: Dünya
Pentaqon məxfi sənədlərin sızması ilə bağlı bəyanat yayıb
Lloyd Ostin

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib ki, məxfi sənədlərin sosial şəbəkələrə sızmasına görə ABŞ və müttəfiqlərinin Ukraynaya dəstək üçün birliyinin pozulmasına imkan verilməyəcək.

Reyting.az
xəbər verir ki, Ostin bunu Almaniyadakı aviabazada keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (“Ramşteyn-11” adlanan) iclasının əvvəlində deyib.

“Mən bilirəm ki, bir çoxunuz həssas və məxfi materialın qeyri-adekvat şəkildə açıqlanması ilə bağlı xəbərləri izləyirsiniz. Mən bu məsələyə çox ciddi yanaşıram. Biz dərin qiymətləndirdiyimiz tərəfdaşlarımızla yaxından və hörmətlə işləməyə davam edəcəyik”, - Ostin bildirib.

Xatırladaq ki, “New York Times” ABŞ və NATO-nun qarşıdan gələn əks-hücumdan əvvəl Ukrayna Silahlı Qüvvələrini təchiz etmək planının təfərrüatları ilə bağlı məxfi hərbi sənədlərin sızması barədə məlumat yayıb. Pentaqon sızmanın arxasında kimin ola biləcəyini araşdırır. Məxfi sənədlər “Twitter” və “Telegram” kanalları vasitəsilə sızdırılıb.

Hərbi analitiklərin fikrincə, sənədlərin bəzi bölmələri ABŞ-ın Ukrayna hərbçilərinin həlak olması ilə bağlı təxminlərini həddən artıq çox, Rusiya hərbçilərinin ölümünü isə aşağı göstərdiyi üçün dəyişdirilmiş ola bilər. Təhlilçilər deyirlər ki, bu dəyişikliklərin Kremlin dezinformasiyasına işarə etməsi də mümkündür.

Nəşrin aydınlaşdırdığı kimi, sənədlərdə hərbi əməliyyatlar üçün konkret planlar - Ukraynanın necə, nə vaxt və harada hücuma keçmək niyyətində olduğu yoxdur. Bununla belə, sənədlərdə Ukrayna Silahlı Qüvvələrinin martın 1-nə olan ehtiyacları barədə məlumatlar var.

Aprelin 12-də ABŞ-ın müdafiə naziri məxfi sənədlərin sızması fonunda qeyd edib ki, Ukrayna tərəfinin Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibədə uğur qazanmağı davam etdirmək üçün lazım olan çoxlu imkanları var.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər