Türk səfirliyinə yürüş təşkil etmək istəyən erməni döyülüb
Tarix: 22-04-2023 12:25 | Bölmə: Dünya
Türk səfirliyinə yürüş təşkil etmək istəyən erməni döyülüb

Dünən Tbilisidə “Gürcüstanın Erməni İcması” təşkilatının sədri Artur Mirzoyan döyülüb.

Reyting.az
xəbər verir ki, Mirzoyan ermənilərin uydurduğu soyqırımla bağlı Tbilisidə Türkiyə səfirliyi önünə yürüş təşkil etmək istəyən əsas simalardan biridir.

Mirzoyan “Facebook”da yazıb ki, hücum edənlər maskalı olublar:

“Mən ofisdən evə gedirdim. Mənə 3 nəfər maskalı hücum etdi, onlardan biri çəkiliş aparırdı. Artur olduğuma əmin olmaq üçün iki nəfər gəldi, bundan sonra mən hər şeyi başa düşdüm və getməyə çalışsam da, mənə hücum edib, yerə yıxdılar”.

Mirzoyan bədənin müxtəlif nahiyələrindən, o cümlədən başından zərbələr aldığını iddia edib. Onun sözlərinə görə, bu hadisəyə “erməni soyqırımı”nın ildönümü ilə bağlı baş verən hadisələr səbəb ola bilər. “Mən burada olan erməniləri aprelin 24-də Filarmoniyanın qarşısında olmağa çağırmışam ki, Türkiyə səfirliyinə yürüş edək”, - A. Mirzoyan qeyd edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}