18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İkinci Dünya Müharibəsində ABŞ-ın batırdığı Yaponiya gəmisi tapılıb
Tarix: 22-04-2023 18:55 | Bölmə: Dünya
İkinci Dünya Müharibəsində ABŞ-ın batırdığı Yaponiya gəmisi tapılıb

İkinci Dünya Müharibəsi zamanı Avstraliya əsgərləri və mülki vətəndaşların olduğu ABŞ sualtı qayığı tərəfindən bilmədən Filippin sahillərində batırılan Yaponiyaya məxsus “Montevideo Maru” nəqliyyat gəmisinin qalıqları tapılıb.

Reyting.az
xəbər verir ki, Avstraliya Silentworld Foundation qrupunun rəhbərlik etdiyi araşdırmada Hollandiyanın “Fugro” şirkətinin dəstəyi nəticəsində “Montevideo Maru”nun qalıqları təxminən 81 il sonra üzə çıxarılıb.

Axtarış işləri aprelin 6-da Filippinin Luzon adasından 110 kilometr şimal-qərbdə Cənubi Çin dənizində başlayıb və 12 gün davam edib. “Montevideo Maru”nun cəmi 11 dəqiqə ərzində batıb, gəmidən yalnız 3 xilasedici qayığın suya endiyi və 102 yapon ekipaj üzvünün Filippinə doğru avar çəkdiyi bəllidir.

Fəlakət qurbanlarının uşaqları və nəvələri dağıntıları tapmaq üçün illərlə əraziyə sərf ediblər.

Yapon nəqliyyat gəmisi “Montevideo Maru” 1942-ci ilin iyulunda ABŞ sualtı gəmisi “USS Sturgeon” tərəfindən göndərilən torpedo nəticəsində batıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər