18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Peykdən görüntülər: şəhərdə həyat əlaməti qalmayıb - Fotolar
Tarix: 28-04-2023 14:07 | Bölmə: Dünya
Peykdən görüntülər: şəhərdə həyat əlaməti qalmayıb

429 gündür davam edən Rusiya-Ukrayna müharibəsi son günlər Pentaqondan sızdırılan sənədlər və Krım məsələsi ilə gündəmə gəlib. Həmin sənədlərə görə, Ukrayna 2014-cü ildə Rusiyanın ələ keçirdiyi Krıma mayın sonuna kimi hücuma keçəcək.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Rusiya tərəfi bu hücuma yaxşı hazırlaşıb, bölgədə səngərlərin və tanklar üçün tələlərin sayı artırılıb.

Bu gün rus ordusu 51 gündən sonra yenidən Kiyevə hücum edib. Kiyev, Uman və Dneprdən hədəfə alınarkən ümumilikdə 8 nəfər həlak olub.

Aylardır davam edən və rusların hücumuna məruz qalan Baxmutdan çəkilən son görüntülər isə ərazidə həyat əlamətinin qalmadığını üzə çıxarıb.

Qeyd edək ki, bu istiqamətdə Rusiya üçün savaşan “Vaqner” qrupunun rəhbəri ukraynalıların Baxmut şəhərini tərk etmələrinə yol açdıqlarını, lakin onların müqavimət göstərməkdə davam etdiklərini bildirib.

“Guardian” qəzetindəki xəbərlərdə işğaldan əvvəl Ukraynanın ən mühüm şəhərlərindən biri olan Mariupolun peykdən çəkilmiş görüntüləri yer alıb.

Google Maps-dan yenilənmiş peyk şəkilləri Ukrayna şəhərinin böyük hissələrində dağıntıların miqyasını və Rusiyanın orada baş verən vəhşiliklərə dair sübutları silmək səylərini ortaya qoyub. Hesablamalara görə, mühasirə zamanı şəhərdəki binaların 46 faizi xarab olub və ya dağılıb.

BMT bildirir ki, 400 mindən çox əhalisi olan şəhərdə çoxmərtəbəli yaşayış binasının 90 faizə qədəri zədələnib və ya dağılıb.

Onu da xatırladaq ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin müharibə başlayandan bəri ilk dəfə Mariupola getdi. Rusiya rəsmiləri şəhərdən qaçan yüz minlərlə insandan bəzilərini geri qayıtmağa razı salmağa ümid etdiklərini bildiriblər.





ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər