18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
PUA-lar Rusiyanın yaşayış məntəqələrinə hücum edib
Tarix: 28-04-2023 18:56 | Bölmə: Dünya
PUA-lar Rusiyanın yaşayış məntəqələrinə hücum edib

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Şebekinski şəhər dairəsi pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb. Reyting.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qubernator Telegram səhifəsində yazıb ki, hücum nəticəsində insan tələfatı, ciddi dağıntı olmasa da, elektrik xətti zədələnib.

Muromda fərdi yaşayış binasına paraşütdən mərmi düşdüyü də bildirilir.

Bəzi hərbi ekspertlər iddia edirlər ki, Ukrayna ilə müharibə Rusiyanın digər şəhərlərini də PUA-ların hücumuna məruz qoyacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər