Türkiyədə kommunistlər qandallanır: aralarında deputatlığa namizədlər də var - Foto
Tarix: 01-05-2023 00:21 | Bölmə: Dünya
Türkiyədə kommunistlər qandallanır: aralarında deputatlığa namizədlər də var

Türkiyədə "Marksist-Leninçi" ideyası ilə "silahlanan" kommunistlərə qarşı əməliyyat keçirilib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul, Əskişəhər də daxil olmaqla, 9 şəhərdə Türkiyə kommunistlərinə qarşı keçirilən əməliyyat zamanı 17 şübhəli "terror fəaliyyəti"ndə ittiham olunaraq saxlanılıb. Prokurorluqda ifadələri alındıqdan sonra onların 4-ü sərbəst buraxılıb. 13 nəfər isə məhkəməyə gətirilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, tutulanlardan 3 nəfər Yaşıl Sol Partiyasının siyahısı ilə deputatlığa namizəddir:

"Həbs olunanlardan Arefe Meryem Yıldırımın İzmirdən, Burcu Ayyıldızın İstanbuldan, Müslüm Koyunun isə Əskişəhərdən namizədliyi qeydə alınmış şəxslərdir. Nəzarətə alınanlar arsında Yaşıllar və Sol Gələcək Partiyasının həmsədri Şahin Tümüklün də var.

E. ARAZ
Reyting.az







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}