Qaqauzdakı seçkinin iki lideri var
Tarix: 01-05-2023 07:28 | Bölmə: Dünya
Qaqauzdakı seçkinin iki lideri var

Qaqauz Muxtar vilayətinin başçısı postuna yarışda Yevgeniya Qusul və Qriqori Uzun liderlik edirlər.

Reyting.az
bildirir ki, bu barədə muxtar qurumun Mərkəzi Seçki Komissiyasına istinadla “RİA.Novosti” agentliyi məlumat yayıb.

Bu məlumat MSK-nın seçki məntəqələrindən aldığı şifahi informasiyaya əsaslanır.

İlkin nəticələrə görə, seçkidə Yevgeniya Qusul 14.890, Qriqori Uzun isə 14 849 səs toplayıb.

Üçüncü namizəd Viktor Petrovun lehinə 9132 seçici səs verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}