Rusiya sərhədində təxribat: qatar partladılıb - Fotolar
Tarix: 01-05-2023 17:20 | Bölmə: Dünya
Rusiya sərhədində təxribat: qatar partladılıb

Ukraynalı diversantlar Rusiya qatarını hərəkətdə olarkən partladıblar. “Telegram”da yayılan görüntülərdə qatarın alovlandığı və bir çox vaqonun aşdığı məlum olub.

Reyting.az
-ın xəbərinə görə, Bryansk vilayətində yerli vaxtla saat 10:17-də baş verən hadisədə qatara hücum edilib. Relslərə yerləşdirilən partlayıcı maddə qatar keçərkən işə salınıb. Rəsmilər deyiblər ki, qatar relsdən çıxıb və yük vaqonu alovlanıb.



Rusiya rəsmiləri bildiriblər ki, həm Ukrayna, həm də Belarusla həmsərhəd bölgədə təxribata məruz qalıblar.

Qeyd edək ki, Bryansk bölgəsi paytaxt Moskvadan cəmi 350 kilometr məsafədədir.

Sankt-Peterburq yaxınlığındakı Leninqrad vilayətinin qubernatoru deyib ki, elektrik xətti partladılıb və ikinci xəttin yaxınlığında partlayıcı qurğu tapılıb. Qubernator Aleksandr Drozdenko bazar ertəsi səhər öz “Telegram” səhifəsində dağılmış elektrik xətlərinin və metal dayaqların fotolarını yerləşdirib. O, Rusiyanın federal təhlükəsizlik xidmətinin ərazidə işlədiyini bildirib və hadisəyə görə kimin məsuliyyət daşıdığını tapdıqlarını deyib.



ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}