İrəvan-İstanbul aviareysi ilə bağlı anlaşılmazılıq yaranıb
Tarix: 01-05-2023 17:28 | Bölmə: Dünya
İrəvan-İstanbul aviareysi ilə bağlı anlaşılmazılıq yaranıb

“Dünən və bu gün “Flyone Armenia” Türkiyə hava məkanından əvvəllər planlaşdırılmış uçuşları həyata keçirməyib”.

Reyting.az
xəbər verir ki, bu barədə şirkətin direktorlar şurasının sədri Aram Ananyan bu gün deyib.

Türkiyə tərəfinin qadağaya hansı səbəbləri göstərdiyini və problemin aradan qaldırılması üçün hansı işlərin görüldüyünü soruşduqda Ananyan bildirib ki, hazırda yeni heç nə deyə bilməz. “Bizə məlumat daxil olan kimi dərhal paylaşacağıq. Aviaşirkət sərnişinlərin planlarının dəyişməməsi üçün bütün mövcud vasitələrdən istifadə edəcək. Sonradan aydın olub ki, saat 00:55-də İrəvan-İstanbul reysi gözlənilir, reys ləğv olunmayıb. Türkiyə tərəfi yalnız öz hava məkanı vasitəsilə digər ölkələrə uçuşları qadağan edir, İstanbula uçuşlar ləğv edilməyib. Yaxın günlərdə gözlənilən uçuşlar hələ də təxirə salınmayıb”.

Aviaşirkətin rəhbəri diqqətə çatdırıb ki, uçuşların həyata keçirilməsi üçün avropalı tərəfdaşlarla da əməkdaşlıq edirlər.

Onu da qeyd edək ki, aprelin 29-da Türkiyə aviasiya orqanları “Flyone Armenia” üçün Avropaya uçuş icazəsini əvvəlcədən xəbərdarlıq etmədən ləğv etmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}