Ukrayna müdafiə sahəsində Kanada ilə uzunmüddətli əməkdaşlıq etmək istəyir
Tarix: 01-05-2023 19:28 | Bölmə: Dünya
Ukrayna müdafiə sahəsində Kanada ilə uzunmüddətli əməkdaşlıq etmək istəyir

Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi Kanadanın baş naziri Castin Trüdo ilə telefonla danışıb. Reyting.az xəbər verir ki, Zelenski bu barədə “Twitter”də yazıb.

Ukrayna prezidenti bildirib ki, Kanadanın baş naziri ilə müdafiə sahəsində uzunmüddətli əməkdaşlıq proqramını müzakirə edib, həmçinin Rusiyanın Kanadadakı aktivlərinin müsadirəsinə başlandığını qeyd edərək, onu Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb.

Kanada baş nazirinin mətbuat xidməti hələlik Ukrayna prezidenti ilə telefon danışığı barədə məlumat verməyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}