Makkarti yəhudi deputatların qarşısında: "Amerikanın İsraildən böyük müttəfiqi yoxdur"
Tarix: 01-05-2023 21:34 | Bölmə: Dünya
Makkarti yəhudi deputatların qarşısında: "Amerikanın İsraildən böyük müttəfiqi yoxdur"

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti İsrailə səfər edfib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, İsraildə prezident və baş nazirlə görüşlərdən sonra o, İsrail Assambleyasında (parlament) çıxış edib.

Nümayəndələr Palatasının sədri kimi ilk xaricə səfərinin İsrailə olduğunu vurğulayan Makkarti bildirib ki, Təl-Əviv ilə Vaşinqton arasında əlaqələr sarsılmazdır: “Amerikanın İsraildən böyük müttəfiqi yoxdur. ABŞ və İsrail bir-birinə yaxın olduqca, dünya daha yaxşı və təhlükəsizdir".

Çıxışında İranla münasibətlərə də toxunan Makkarti qeyd edib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq: "Biz bunun qarşısını almaq üçün İsraillə birlikdə çalışacağıq".

Xatırladaq ki, İsrail baş nazirinin ofisindən verilən yazılı açıqlamaya görə, Makkarti və onu müşayiət edən Nümayəndələr Palatasının heyəti bu səfəri İsrailin qurulmasının 75-ci ildönümündə həmrəylik nümayiş etdirmək üçün ediblər.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}