Amerikalı muzdlunu Ukraynada öldürüblər
Tarix: 02-05-2023 07:55 | Bölmə: Dünya
Amerikalı muzdlunu Ukraynada öldürüblər

ABŞ Dövlət Departamenti ölkə vətəndaşının Ukraynadakı müharibədə həlak olması faktını tədiqləyib.

Reyting.az
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Dövlət Departamenti amerikalı muzdlu əsgərin Baxmut yaxınlığındakı döyüşlərdə həlak olması barədə KİV-də yer almış informasiyanın doğruluğunu təsdiqləyib. Bu zaman departament vətəndaşın kimliyi və onun həlak olması şəraiti barədə konkret detalları açıqlamaqdan yayınıb.

Amma CNN telekanalı bir qədər əvvəl həlak olan hərbçinin aləsinə istinadla bildirmişdi ki, 26 yaşlı dəniz piyadası Kuper Endryus Baxmut ətrafında döyüşlərdə həlak olub. Onun 2022-ci ilin noyabrında Ohayo ştatından Ukraynaya yola düşdüyü və xarici legionla müqaviləni mart ayında bağladığı bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}