18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Baxmutda Rusiyanın 20 mindən çox döyüşçüsü öldürülüb
Tarix: 02-05-2023 12:37 | Bölmə: Dünya
Baxmutda Rusiyanın 20 mindən çox döyüşçüsü öldürülüb

ABŞ iddia edir ki, Rusiya aylardır ələ keçirməyə çalışdığı Ukraynanın şərqindəki Baxmut şəhərində 20 min döyüşçüsünü itirib, 80 min döyüşçüsü isə yaralanıb.

Reyting.az
-ın xəbərinə görə, kəşfiyyat məlumatlarına əsaslanan bəyanatı ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi verib.

Kirbinin iddiasına görə, ölənlərin yarısı Rusiyanın muzdlu şirkəti “Vaqner”ə bağlı döyüşçülərdir. “Baxmutu hədəf alan Rusiyanın hücumu əsasən uğursuz oldu. Onlar ciddi və strateji qazanc əldə edə bilmədilər”, - Kirbi bildirib. Təhlükəsizlik Şurasının sözçüsü ukraynalı itkilər barədə məlumat verməyib və “burada qurbanlardır” ifadəsindən istifadə edib.

BBC telekampaniyası isə Amerika kəşfiyyatına əsaslanan bu bəyanatı müstəqil şəkildə yoxlaya bilməyib. Rusiyanın muzdlu şirkəti “Vaqner” bu bölgədə şiddətlənən müharibənin önündə gedir. “Vaqner”in lideri Yevgeni Priqojin Baxmutun alınmasında həm öz reputasiyasını, həm də şəxsi ordusunu riskə atıb.

Qeyd edək ki, Priqojin aylar əvvəl verdiyi açıqlamada da şəhərin qruplaşmanın nəzarətində olduğunu iddia etmişdi. Amma Priqojin bu yaxınlarda müharibə tərəfdarı olan rusiyalı blogerə müsahibəsində Rusiya Müdafiə Nazirliyinin döyüş sursatı vermədiyi təqdirdə qoşunlarını oradan çıxara biləcəyi ilə bağlı hədə dilə gətirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər