18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ukraynada hərbi vəziyyət rejiminin müddəti uzadılıb
Tarix: 02-05-2023 17:11 | Bölmə: Dünya
Ukraynada hərbi vəziyyət rejiminin müddəti uzadılıb

Ukraynada hərbi vəziyyət rejimi və ümumi səfərbərlik müddəti daha 3 ay, avqustun 18-dək uzadılıb.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.

Qanunverici orqanın 324 deputatı “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” qanun layihəsinin lehinə səs verib.

333 deputat isə ümumi səfərbərliyin müddətinin uzadılmasını dəstəkləyib.

Qeyd edək ki, Ukraynada ilk dəfə hərbi vəziyyət ötən il fevralın 24-də, yəni Rusiya ilə genişmiqyaslı müharibənin başladığı gün elan olunub(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər