Danimarka əks-hücum üçün Ukraynaya hərbi yardım göndərəcək
Tarix: 02-05-2023 20:01 | Bölmə: Dünya
Danimarka əks-hücum üçün Ukraynaya hərbi yardım göndərəcək

Danimarka parlamenti Ukraynaya 1,7 milyard Danimarka kronu (250 milyon dollardan çox) dəyərində yeni hərbi yardım paketi vermək qərarına gəlib.

Reyting.az
Danimarkanın DR telekanalına istinadla bildirir ki, bu barədə ölkənin müdafiə naziri Troels Lund Poulsen xarici siyasət komitəsinin iclasından sonra deyib.

Nazirin sözlərinə görə, yeni yardım paketi Ukraynanın hava hücumundan müdafiəsinə kömək edəcək.

Qeyd olunur ki, bu, Ukraynaya Danimarkadan bu günə qədər verilən ən böyük yardım paketidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}