18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiyada dəmir yolu partladılıb, 20 vaqon relsdən çıxıb
Tarix: 02-05-2023 23:11 | Bölmə: Dünya
Rusiyada dəmir yolu partladılıb, 20 vaqon relsdən çıxıb

Bryansk vilayətində naməlum şəxslər dəmir yolu relsini partladıblar. Reyting.az-ın xəbərinə görə, mayın 2-də baş vermiş hadisə barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, yük qatarının keçdiyi vaxt üç partlayış baş verib.

Rusiya Dəmir Yollarının mətbuat xidməti məlumatı təsdiqləyib və təxribat nəticəsində 20-yə yaxın vaqonun relsdən çıxdığını bildirib.

İlkin məlumata görə, tələfat və açıq yanğın olmayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər