Türkiyədə 52 şəhərdə eyni anda əməliyyat: 524 nəfər saxlanılıb
Tarix: 03-05-2023 09:49 | Bölmə: Dünya
Türkiyədə 52 şəhərdə eyni anda əməliyyat: 524 nəfər saxlanılıb

Türkiyənin 52 şəhərində eyni anda əməliyyatlar keçirilib.

Reyting.az
NTV-yə istinadla xəbər verir ki, narkotik maddələrin dövriyyəsinə qarşı keçirilən əməliyyatın detalları barədə az əvvəl Daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

Nazir bildirib ki, “Kökünü qurutma əməliyyatı” adı verilən əməliyyatla 52 şəhərdə uğurlu əməliyyat baş tutub:

"Polis qardaşlarımızın gecədən başladığı əməliyyat nəticəsində 524 nəfər saxlanılıb. Çox sayda müxtəlif tərkibli narkotik maddələr ələ keçirilib".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}