18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Səfirlər Ukraynanın sursatla təminatını yenidən müzakirə edəcək
Tarix: 03-05-2023 11:25 | Bölmə: Dünya
Səfirlər Ukraynanın sursatla təminatını yenidən müzakirə edəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri çərşənbə günü yenidən Ukrayna üçün sursatların birgə alınmasına dair məsələləri razılaşdırmağa çalışacaqlar. Reyting.az xəbər verir ki, bu barədə Polşa RMF FM öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, səfirlər digər məsələlərlə yanaşı, Fransa üçün məqbul olan və mübahisələrə son qoya biləcək variantı da müzakirə edəcəklər.

Diplomatlardan biri deyib ki, onlar artıq Fransa üçün məqbul olan həll yolu hazırlayıblar və məsələ daha çox digər üzv ölkələrin buna razı olub-olmayacağıdır.

Xüsusilə, guya söhbət silah komponentlərinin mənşəyi məsələlərində Almaniyaya qismən güzəştdən gedir.

Qeyd olunur ki, Paris bütün təchizat zəncirinin Aİ ölkələrinə bağlanmasını istəyir və bu, Fransanın müdafiə sənayesi üçün çox faydalı olardı. Bununla belə, Almaniya müdafiə sənayesi lazımi komponentlərin bir hissəsini artıq Aİ-nin üzvü olmayan İngiltərədən idxal edir və Fransanın israr etdiyi yanaşma bəyənilsə, bu şirkətlər müqavilə üçün təklif verə bilməzdi.

Onu da qeyd edək ki, bəzi məmurlar əvvəllər razılığın aprelin ortalarında əldə olunacağını güman etsələr də, bu ümidlər boşa çıxıb. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə Aİ-nin bu mühüm qərarının icrasının ləngiməsindən məyus olduğunu bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər