18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiyanın hərbi əməliyyatı uğursuz olub
Tarix: 03-05-2023 14:04 | Bölmə: Dünya
Rusiyanın hərbi əməliyyatı uğursuz olub

Baxmut hazırda qanlı döyüşlərin getdiyi ən qaynar nöqtələrdən biridir. Rusiya ordusu Ukraynanın şərqindəki Baxmutu ələ keçirmək üçün bütün gücü ilə hücuma keçsə də, hələlik şəhəri nəzarətə götürə bilmir. Əvəzində Ukraynadan gələn xəbərlər Rusiyada “soyuq duş” effekti yaradır.

Reyting.az
-ın xəbərinə görə, Britaniyanın “Metro” qəzeti yazır ki, Rusiyanın Tu-95MS bombardmançı təyyarəsi Ukraynadakı hədəfləri vurmaq üçün havaya qalxıb. Təyyarədən atılan üç raketin hədəfi Ukraynadakı obyektlər olsa da, raketlər hədəflərinə çatmamış yerə çırpılıb.

Rusiyadakı hərbi mənbələrinə əsaslanan “Krım Küləyi” Telegram kanalı bildirir ki, təyyarədən atılan raketlər Rusiyanın yaşayış binalarına düşə bilərmiş.

Rusiyadakı digər bir mənbə isə deyib:

“Onlar çox şanslı olublar ki, raketlər binalara dəyməyib. Evlərin üstünə düşsəydi, çoxlu insan həlak olardı”.

Eyni mənbə iddia edib ki, uğursuzluğun səbəbi istehsalçıları keyfiyyətsiz komponentlərdən istifadəyə məcbur edən Qərb sanksiyaları ola bilər. “Metro” bu hadisəni oxucularına “Putin üçün böyük rüsvayçılıq” başlığı ilə təqdim edib.

Qeyd edək ki, Rusiya müntəzəm olaraq Xəzər dənizi üzərindən Ukraynaya qanadlı raketlər atır, Xarkov, Dnepr, Lvov və Odessanı hədəfə alır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər