Ukrayna prezidenti dörd ölkənin baş naziri ilə görüşəcək
Tarix: 03-05-2023 14:56 | Bölmə: Dünya
Ukrayna prezidenti dörd ölkənin baş naziri ilə görüşəcək

Ukrayna prezidenti Vladimir Zelenski Finlandiyada keçiriləcək Nordic sammiti çərçivəsində Danimarka, İslandiya, Norveç və İsveçin baş nazirləri ilə ikitərəfli görüşlər keçirəcək. Reyting.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Nikiforov “Facebook” hesabında yazıb ki, sammit çərçivəsində dövlət başçısı Danimarka, İslandiya, Norveç və İsveçin baş nazirləri ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək.

Daha əvvəl Finlandiya Prezidentinin Ofisi bildirmişdi ki, Zelenski çərşənbə günü Şimali Avropa ölkələri və Ukrayna sammitinin keçiriləcəyi Finlandiyaya gözlənilməz səfərə gəlib. Gözlənilir ki, danışıqlar zamanı Zelenski və Finlandiya prezidenti Sauli Niinistö ikitərəfli münasibətləri, Kiyevə dəstəyi müzakirə edəcəklər. Günün ikinci yarısında Skandinaviya ölkələrinin sammiti keçiriləcək və orada Ukraynaya gələcək dəstək, Kiyevin Aİ və NATO ilə əlaqələrinin inkişafı müzakirə olunacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}