18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Hakim partiya funksioneri bələdiyyə sədrinin müavinini həbslə hədələyib
Tarix: 03-05-2023 17:57 | Bölmə: Dünya
Hakim partiya funksioneri bələdiyyə sədrinin müavinini həbslə hədələyib

Türkiyədə hakim AK Partiyanın Biləcik şəhər təşkilatı sədrinin bələdiyyə sədrinin müavinini həbslə hədələməsi geniş müzakirəyə səbəb olub.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Biləcik Bələdiyyə sədrinin müavini Mələk Mızrak Subaşı bəyanat yayıb.

O bildirib ki, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu bölgəyə mitinq keçirməyə gəldiyi gün AK Partiya Biləcik şöbəsinin rəhbəri Serkan Yıldırım ona zəng edib: "O, hədə tonu ilə dedi ki, üst keçidlərdə vurulan afişa (Əkrəm İmamoğlunun mitinqi ilə bağlı plakat nəzərdə tutlur - Red.) nədir? Ağzımı açmamış dedi ki, "bax, qolların arxadan qandallanar, gedərsən".

Qadın bələdiyyə üzvü deyib ki, bu təhdid xeyli adamın yanında olub: "Bunu bizim əməkdaşlar eşitdi, o an yanınmda olan hamı duydu. Mən də ona dedim ki, bu saat yanımda prezidentin cangüdənləri var, məni nəyə əsasən qandalladacaqsan? Bu, nə deməkdir axı?"

Melek Mızrak Subaşı bildirib ki, baş verənlərə görə təəssüflənir: "Mən ölkəmdə belə iyrənc təhdidlərə görə utanıram"

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər