Zelenski: “Ukrayna Moskvaya hücum etməyib”
Tarix: 03-05-2023 21:04 | Bölmə: Dünya
Zelenski: “Ukrayna Moskvaya hücum etməyib”

Ukrayna prezidenti bəyan edib ki, onun ölkəsi Moskvaya hücum eləmir, yalnız öz ərazisində hərbi əməliyyatlar aparır.

Reyting.az
Rusiya saytlarına istinadla xəbər verir ki, keçən gecə iki PUA RF prezidentinin Kremldəki iqamətgahına hücum edib. Moskva HHM-i və xüsusi xidmət orqanları operativ şəkildə PUA-ları sıradan çıxarıb. Bu zaman Rusiya lideri Kremldə deyil, Moskva ətrafındakı iqamətgahında olub.

“Biz Putinə, yaxud Moskvaya hücum etmirik, öz ərazimizdə şəhərlərimizi və kəndlərimizi müdafiə edirik”, - Zelenski Şimali Avropa ölkələrinin hökumət başçıları ilə Helsinkidə keçirdiyi birgə mətbuat konfransında bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}