18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Kremlə hücumdan sonra Ukraynanın əsas şəhərləri vurulur
Tarix: 04-05-2023 09:34 | Bölmə: Dünya
Kremlə hücumdan sonra Ukraynanın əsas şəhərləri vurulur

Mayın 4-də rus ordusu Ukraynaya növbəti genişmiqyaslı hava hücumu təşkil edib.

Reyting.az
-ın xəbərinə görə, rusların hücumunun Ukrayna tərəfinin Kremlə “dron hücumu” cəhdindən sonra baş verməsi diqqəti daha çox cəlb edir.

Ruslar Ukraynaya qarşı 24-ə qədər “Şahid” kamikadze pilotsuz uçan aparatdan yararlanıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Müdafiə Qüvvələrinin digər bölmələrinin hava hücumundan müdafiəsi ilə əməkdaşlığı çərçivəsində rusların 18 zərbə PUA-sı məhv edilib.

Rusların pilotsuz təyyarələrinin məhv edilməsi Ukraynanın şimal, mərkəzi və cənub vilayətlərində həyata keçirilib.

Qeyd olunur ki, rusların hücumu Bryansk vilayətindən və Azov dənizinin şərq sahilləri vasitəsilə edilib.

“Döyüşlər Ukraynanın şimal, mərkəzi və cənub vilayətlərində olub. Cənub və Mərkəz hava komandanlıqlarının cavabdehlik zonalarında zenit-raket kompleksləri, aviasiya və mobil atəş qruplarından istifadə edilir”,- Ukrayna Silahlı Qüvvələrindən bildirilib.

Onu da qeyd edək ki, mayın 4-nə keçən gecə Rusiyanın növbəti hücumu ilə əlaqədar Ukraynanın bir çox bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Gecə boyu, xüsusən də Odessa və Kiyevdə partlayışlar baş verib. Səhər saat 4 radələrində cənub rayonlarında, səhər saat 6-dan isə şimal rayonlarında və paytaxtda həyəcan təbili çalınmağa başlayıb. Rusiya Kiyevə İran istehsalı olan “Şahid” tipli kamikadze pilotsuz təyyarələr və raketlər göndərib.

Odessaya hücum etmək üçün ruslar 15 drondan istifadə edib. Onlardan 12-si məhv edilib, lakin üç dron şəhərin təhsil müəssisələrindən birinin yataqxanasına düşüb. Kamikadze pilotsuz təyyarələrin quyruğunda hücumun “müqəddəs səbəbləri” də yazılıb.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər