18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ərdoğanın müttəfiqindən "Hizbullah"çının əfvinə reaksiya: "Vallahi, Öcalan da əfv oluna bilər"
Tarix: 04-05-2023 10:12 | Bölmə: Dünya
Ərdoğanın müttəfiqindən "Hizbullah"çının əfvinə reaksiya: "Vallahi, Öcalan da əfv oluna bilər"

Cumhur İttifqında təmsil olunan və AKP-nin siyahısı ilə deputatlığa namizəd olan Demokratik Sol Partiyasının lideri Öndər Aksakal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Hizbullah" üzvü Mehmet Emin Alpsoyu əfv etməsinə maraqlı reaksiya verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, o, Ərdoğanın bu qərarını guya müdafiə edərkən, ölkə gündəmini silkələyən qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

"Sözcü" TV-nin canlı yayımına qatılan Aksakal "Öcalan da əfv oluna bilərmi",- sualına belə cavab verib:

"Prezidentin istənilən adamı bağışlamaq səlahiyyəti var. Bunlardan siyasi alət kimi istifadə etmək düzgün deyil. Bu, konstitusiya ilə dövlət başçısına verilən imkandır. Prezident ondan istədiyi kimi istifadə edə bilər. Sabah Abdullah Öcalan üçün əfv imzalaya bilərmi? Vallahi, imzalaya bilər".

Qeyd edək ki, onun Öcalanla bağlı "vallahi, əfv edilə bilər" açıqlaması qsa zamanda Türkiyə mediasnın manşetlərini "bəzəyib". Müxalifət isə onu HDP və Səlahəddin Dəmrtaşla əməkdaşlıqda ittiham edən Ərdoğana "buna cavab ver: kimdir uşaq qatili ilə əl-ələ olan?", - mesajlar ünvanlayıb.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər