18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ABŞ kəşfiyyatı Kremlə hücumu qiymətləndirə bilmir
Tarix: 04-05-2023 20:19 | Bölmə: Dünya
ABŞ kəşfiyyatı Kremlə hücumu qiymətləndirə bilmir

ABŞ hələ də Kremlə dron hücumunu qiymətləndirmək üçün lazım olan məlumata malik deyil. Reyting.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Hayns deyib.

Onun sözlərinə görə, Ukrayna hökuməti Kremlə hücumlarda iştirakını inkar edir. “İndiki mərhələdə bizim bu məsələyə müstəqil qiymət verməyə imkan verəcək məlumatımız yoxdur", - Haynes əlavə edib.

Müdafiə Kəşfiyyat İdarəsinin direktoru general-leytenant Scott Berrier isə deyib ki, ABŞ-ın köməyi ilə Ukraynanın Putinə sui-qəsd cəhdi ilə bağlı Rusiyanın iddiası dezinformasiyadır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər