18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Naməlum PUA Şeremetyevoda Rusiya təyyarəsinə hücuma cəhd edib
Tarix: 05-05-2023 18:03 | Bölmə: Dünya
Naməlum PUA Şeremetyevoda Rusiya təyyarəsinə hücuma cəhd edib

Moskvanın Şeremetyevo hava limanında naməlum pilotsuz təyyarə (PUA) sərnişin təyyarəsinə hücuma cəhd edib. Reyting.az xəbər verir ki, bu barədə “Mash Telegram” kanalı yayıb.

Bildirilir ki, Samaradan Moskvaya uçan Rusiya təyyarəsi pilotsuz təyyarənin hücumuna məruz qalıb. Təyyarənin sərnişinlərindən birinin sözlərinə görə, kopter laynerin yan tərəfini nişan alıb. “Enişə bir neçə on metr qaldıqda, o, qəflətən kursunu dəyişərək aerodrom yaxınlığındakı meşə zolağına doğru uçdu”, - açıqlamada deyilir.

Təyyarə eniş etdikdən sonra pilotlar məlumatı paytaxtın hava limanının təhlükəsizlik xidmətinə ötürüb və hadisə ilə bağlı araşdırma başlayıb.

Onu da qeyd edək ki, əvvəllər də belə hadisə baş verib. Aprelin əvvəlində naməlum dron Rusiya sərnişin təyyarəsinin Moskvanın Şeremetyevo hava limanına enməsinə mane olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər