18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Baş nazir vəzifədən uzaqlaşmaq istəyir
Tarix: 07-05-2023 17:12 | Bölmə: Dünya
Baş nazir vəzifədən uzaqlaşmaq istəyir

Slovakiyanın baş naziri Eduard Heqer vəzifəsindən azad edilməsini istəyir. Reyting.az-ın “Reuters”ə istinadla verdiyi məlumata görə, E. Heqer bu barədə bazar günü verdiyi açıqlamasında bildirib. O, vəzifədən azad olunmaq istəyinə səbəb kimi nazirlərin istefasından sonra sentyabrda keçiriləcək seçkilər ərəfəsində müvəqqəti hökumət kimi fəaliyyət göstərən kabinetinin zəifləməsini göstərib.

Məlumata görə, Eduard Heqerin yeni müvəqqəti baş nazir təyin etmək səlahiyyətinə malik olan prezident Zuzana Kaputova ilə görüşü planlaşdırılır.

Qeyd olunur ki, Heqer müxalifətin ölkəyə növbədənkənar seçkilərə qədər rəhbərlik edəcək texnokrat administrasiyaya yer vermək çağırışları ilə üzləşib.

"Mən prezidentdən səlahiyyətlərimi ləğv etməyi və texnokratik hökumətlə Slovakiyanı sabit və sülh yolu ilə demokratik parlament seçkilərinə aparmağa cəhd etmək imkanı verməsini xahiş etmək qərarına gəldim", - Heqer mətbuat konfransında deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər