Dünyanın ən romantik inqilabçısını ələ keçirən general ölüb
Tarix: 08-05-2023 15:12 | Bölmə: Dünya
Dünyanın ən romantik inqilabçısını ələ keçirən general ölüb

Argentinalı inqilabçı Ernesto Çe Gevaranı əsir götürən boliviyalı general Qari Prado Salmon vəfat edib.

Reyting.az
xəbər verir ki, 1959-cu ildə Kuba İnqilabından sonra başqa ölkələrdə partizan hərəkatlarına rəhbərlik etmək üçün Boliviyaya gedən Argentina əsilli Gevara 1967-ci ildə 39 yaşında sağçı əsgərlər tərəfindən əsir götürülərək öldürülüb.

Xatırladaq ki, ABŞ məxfi xidmət agentlərinin də dəstəklədiyi Gevaranın əsir götürülmə əməliyyatına general Qari Prado Salmon rəbərlik edib. O zaman “Milli qəhrəman” elan edilən və “Çeni necə tutdum” adlı kitab yazan Salmon 84 yaşında dünyasını dəyişib.

Çe Gevaranı edam edən zabit Mario Teran isə keçən il dünyasını dəyişib.

Onu da qeyd edək ki, Gevaranın dəfn olunduğu yer bir müddət gizli saxlanılıb, qalıqları 1997-ci ildə tapılaraq Kubaya aparılıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}