İranda daha iki nəfəri edam ediblər
Tarix: 08-05-2023 16:15 | Bölmə: Dünya
İranda daha iki nəfəri edam ediblər

İranda “müqəddəs dəyərləri təhqir edən” iki nəfər edam edilib.

Reyting.az
xəbər verir ki, Sədrullah Fazili Zari və Yusuf Mihrdadın edam hökmləri və edamlarının təfərrüatları paylaşılıb.

Ədliyyə Nazirliyi yazılı açıqlama verərək faktı təsdiqləyib. Açıqlamada Zari və Mihrdadın Məhəmməd peyğəmbəri və müqəddəs dəyərləri təhqir etdikləri, onlarla sosial media hesabı vasitəsilə bu mövzuda aktiv olduqları bildirilib.

Bundan əlavə, Zarinin sosial şəbəkədə Quranı yandırma görüntülərini paylaşdığı qeydə alınıb.

Sözügedən iki nəfər barəsində verilən edam hökmlərinin bu gün səhər saatlarında icra olunduğu bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}