Tramp zorlamada ittiham olunduğu işə görə iki milyon dollar ödəyəcək
Tarix: 10-05-2023 09:17 | Bölmə: Dünya
Tramp zorlamada ittiham olunduğu işə görə iki milyon dollar ödəyəcək

Nyu-York məhkəməsi eks-prezident Donald Trampa qarşı jurnalist Cin Kerollu zorlamağa cəhd göstərməsi ittihamı üzrə işə baxılmasını yekunlaşdırıb. Reyting.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məhkəmə andlıları belə qənaətə gəliblər ki, sabiq dövlət başçısı 1996-cı ildə adı çəkilən qadına qarşı seksual xarakterli hərəkətlərə yol verib, intəhası, zorlama faktı öz təsdiqini tapmayıb.

Nyu-York məhkəməsinin mülki iddianın tənzimlənməsi çərçivəsində çıxardığı qərara əsasən, Tramp “zorla əldə etməyə çalışma cəhdi”nə görə təzminat olaraq iddiaçıya 2 milyon dollar ödəməlidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}