Pilotsuz təyyarələr Rusiya ərazisinə hücum edib
Tarix: 10-05-2023 10:38 | Bölmə: Dünya
Pilotsuz təyyarələr Rusiya ərazisinə hücum edib

İki pilotsuz təyyarə Rusiyanın Belqorod vilayətinə hücuma cəhd edib. Pilotsuz təyyarələrdən biri Spodaryuşino kəndi üzərində atıcı silahlarla vurulub. Reyting.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilir ki, daha bir pilotsuz təyyarə Olxovatka kəndinin Molodejnaya küçəsi yaxınlığında elektrik xəttinə çırpılıb.

Partlayan pilotsuz təyyarənin qalıqları yerli feldşer-mama məntəqəsinə, iki yaşayış binasına, poçt binasına və Mədəniyyət evinə ziyan vursa itki yoxdur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}