Putin ehtiyatda olan vətəndaşları hərbi xidmətə çağırır
Tarix: 10-05-2023 18:49 | Bölmə: Dünya
Putin ehtiyatda olan vətəndaşları hərbi xidmətə çağırır

Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan vətəndaşlar üçün hərbi təlimlərin başlanması haqqında fərman imzalayıb. Reyting.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumt yayıb.

Qeyd edək ki, fərman dərc edildiyi gündən qüvvəyə minir və müvafiq qurumlar vətəndaşların təlimə cəlb edilməsini təmin etməlidirlər.

Onu da diqqətə çatdırırıq ki, bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin dövlət vəzifələrinə yalnız orduda xidmət etmiş, eləcə də hərbi qeydiyyat ixtisası almış vətəndaşların qəbul olunmasını təklif etmişdi. Volodinin fikrincə, gələcəkdə bütün kadr qərarları hərbi xidmət nəzərə alınmaqla qəbul edilməlidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}