18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İmran Xanın həbsinə etirazlar: 9 nəfər ölüb, 290 yaralı var
Tarix: 11-05-2023 13:23 | Bölmə: Dünya
İmran Xanın həbsinə etirazlar: 9 nəfər ölüb, 290 yaralı var

Çərşənbə axşamı Pakistanın keçmiş baş naziri İmran Xanın həbsindən sonra başlayan etiraz aksiyaları zamanı ölənlərin sayı 9-a, yaralıların sayı isə 290-a çatıb.

Reyting.az
xəbər verir ki, keçmiş baş nazir korrupsiya ittihamı ilə həbs olunduqdan sonra ölkə boyu küçələrə çıxan minlərlə Xan tərəfdarı ilə polis arasında toqquşmalar davam edir.

Qeyd edək ki, Pakistan Ədalət Hərəkatı Partiyasından iki yüksək səviyyəli şəxs və keçmiş nazir Əsəd Ömər də həbs edilib.

Pakistanın daxili işlər naziri Rana Sanaullah çərşənbə axşamı bildirib ki, korrupsiyada ittiham olunan Xan təslim olmaq barədə xəbərdarlıqlara məhəl qoymadığı üçün Milli Hesabat Bürosu (NAB) tərəfindən həbs edilib.

Onu da qeyd edək ki, dünən zorakılıq səbəbiylə məktəblər və bəzi magistral yollar bağlanıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər