Britaniya Ukraynaya uzaqmənzilli raketlər verəcək
Tarix: 11-05-2023 18:51 | Bölmə: Dünya
Britaniya Ukraynaya uzaqmənzilli raketlər verəcək
Ben Uolles

Britaniya Ukraynaya “Storm Shadows” uzaqmənzilli qanadlı raketlər verəcəyini təsdiqləyib. Reyting.az-ın xəbərinə görə, Müdafiə naziri Ben Uolles deyib ki, bu raketlər Rusiya qüvvələrini Ukrayna ərazisindən sıxışdıracaq.

Britaniyalı nazirin sözlərinə görə, bu silahlar Rusiyanın Ukraynada davam edən qəddarlığına qarşı, xüsusən də beynəlxalq hüquqa zidd olaraq bu ölkənin mülki infrastrukturuna hücumlardan müdafiə üçün yaxşı şans verəcək.

B. Uolles diqqətə çatdırıb ki, bu raketlər "Ukraynanın suveren ərazisində" istifadə olunacaq.

“Storm Shadow”un imkanları barədə danışmaq istəməyən Uolles əlavə edib:

“Bu silahlar Ukraynaya yeni imkanlar verəcək... Bu sistemlər hətta Rusiyanın “Kalibr”i ilə heç də eyni səviyyədə deyil”.

Nazir əlavə edib ki, Vaşinqton Londonun Ukraynaya qanadlı raketlər vermək qərarını dəstəkləyir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}