Zelenski Roma Papası ilə görüşmək istəyir
Tarix: 11-05-2023 23:02 | Bölmə: Dünya
Zelenski Roma Papası ilə görüşmək istəyir

Ukrayna prezidenti Vladimir Zelenski mayın 13-ü Romaya qısamüddətli səfər edə bilər. Səfər reallaşrsa o, baş nazir Corciya Meloni və Roma Papası Fransisk ilə görüşəcək.

Reyting.az
xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna prezidentinin İtaliyaya qısamüddətli səfəri bu həftəsonu Almaniyaya gedərkən reallaşa bilər.

Agentliyin Vatikandakı mənbələri Roma Papasının Zelenski ilə görüşəcəyini istisna etmirlər, lakin "hələlik bu, sadəcə bir fərziyyədir və buna görə də bu mümkün görüşün vaxtı və yeri ilə bağlı rəsmi təsdiq yoxdur", - ANSA əlavə edir.

Bildiyiniz kimi, aprel ayında Fransisk Ukraynanın baş naziri Denis Şmıqalı qəbul edib. Zelenski isə 2020-ci ilin fevralında, koronavirus pandemiyası başlamazdan əvvəl Vatikanda olub.

İtaliyanın baş naziri də öz növbəsində 2023-cü ilin fevralında Ukraynaya ilk səfərini edib.

Onu da qeyd edək ki, Roma Papası Vatikanın Rusiya və Ukrayna arasında münaqişəyə son qoymağa yönəlmiş sülhməramlı missiyada iştirak etdiyini bildirsə də, bunun təfərrüatları açıqlanmayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}