Türkiyədə atışma: 5 nəfər öldürülüb, yaralılar var - Fotolar
Tarix: 12-05-2023 00:36 | Bölmə: Dünya
Türkiyədə atışma: 5 nəfər öldürülüb, yaralılar var

Türkiyənin İzmir şəhərinin Menderes rayonundakı bir qəhvəxanada iki qrup arasında silahlı qarşıdurma baş verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, borc üstə düşən silahlı insidentdə 5 nəfər tapançadan açılan atəşlə öldürülüb, 2 nəfər isə yaralanıb.

Məlumata görə, hadisə yerinə çoxlu polis və təcili tibbi yardım maşınları göndərilib. Polis araşdırmalara başlayıb.

Qeyd edilib ki, hadisə yerində öldürülən Timuçin Altınel, Süreyya Bayrak, Barış Coşqun, Rıdvan Bağcalı və Ozancan Doğanın meyitləri morqa, yaralı M.Y. və A.K. adlı şəxslər isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

E. ARAZ
Reyting.az







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}