Norveç Ukrayna hərbçilərinə təlim keçəcək
Tarix: 15-05-2023 09:34 | Bölmə: Dünya
Norveç Ukrayna hərbçilərinə təlim keçəcək

Norveç Silahlı Qüvvələri bu il ərzində təxminən 3200 Ukrayna hərbçisinə təlim keçməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Norveçin Müdafiə naziri Byorn Arild Qram Daxili işlər naziri vəzifəsini icra edən Morten Eqgenlə birlikdə poliqonlardan birində Ukrayna hərbçilərinin təlimlərində iştirak edib.

“Biz Ukraynanı həm maliyyə, həm də təlimlə dəstəklədik və lazım olan qədər də dəstəkləyəcəyik”, - Norveç Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Xatırladaq ki, aprelin sonunda Norveç Milli Qvardiyasının Heimevernet təlimatçıları Ukrayna Silahlı Qüvvələrinin yüzdən çox üzvünə hərbi tibb, odlu silah hazırlığı və komanda rəhbərliyi üzrə dörd həftəlik intensiv təlimə başlayıblar. Bu, ukraynalı döyüşçülər üçün Norveç Milli Qvardiyasının bir neçə kurslarından birincisidir.

Bundan əvvəl bildirilib ki, mayın 15-dən Kanada və Latviya UNIFIER əməliyyatı çərçivəsində Latviya ərazisində Ukrayna hərbçilərinə döyüş komandirləri səviyyəsində birgə təlim keçəcəklər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}